Türkiyə ilə oyunda zədələnən futbolçunun vəziyyəti açıqlandı

Türkiyə ilə oyunda zədələnən futbolçunun vəziyyəti açıqlandı
İDMAN
02:19 09.09.2025
489
"Atletik”in futbolçusu Niko Uilyams İspaniya millisindən zədə ilə qayıdıb.

AZXEBER.COM "Marca” nəşrinə istinadən xəbər verir ki, vinger Türkiyə ilə oyunda əzələsində problem yaşayaraq fasiləyə qədər meydanı tərk edib. Klubun tibbi heyəti sol ayağın adduktor nahiyəsində orta dərəcəli zədə aşkar edib.

22 yaşlı futbolçunun təxminən altı həftə oynamayacağı bildirilib. Bu müddətdə o, La Liqada "Alaves” və "Valensiya”ya qarşı görüşlərdə, Çempionlar Liqasının debütündə "Arsenal”a qarşı matçda iştirak edə bilməyəcək.

Xatırladaq ki, Uilyams ötən mövsümün sonlarında pubalgiya səbəbindən bir sıra oyunları buraxmış, o cümlədən Avropa Liqasının "Mançester Yunayted”lə yarımfinal cavab matçında meydana çıxmamışdı.
 
Zəfər Hacılı 
OXŞAR XƏBƏRLƏR