Türkiyə XİN-i “İncirlik” bazası ilə bağlı ABŞ-la razılaşmanın imzalanmasını təkzib edib.AzNews.az RİANovosti-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-nin mətbuat xidməti məlumat verib.“Türkiyənin cənubunda yerləşən “İncirlik” aviabazasından Suriyada yerləşən İŞİD terrorçu qruplaşmasına qarşı hava əməliyyatlarının həyata keçirilməsi üçün istifadə olunması barədə ABŞ-la saziş imzalanmayıb. Şifahi razılaşma əldə olunub”,-deyə məlumatda qeyd olunub.Qeyd edək ki, bir müddət öncə Türkiyə XİN-nin mətbuat katibi Tanju Bilqiç “İncirlik” bazası barədə sazişin Türkiyə tərəfindən imzalandığını açıqlayıb.“Cənab Bilqiç “İncirlik” bazası barədə Türkiyə ilə ABŞ arasında şifahi razılaşma əldə olunduğunu nəzərdə tutub”