Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan bəzi yerli televiziya kanallarının ortaq canlı yayımında jurnalistlərin suallarını cavablandırıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Türkiyə iqtisadiyyatını gücləndirmək üçün ciddi işlər gördüklərini deyib.
Ərdoğan Türkiyədəki zəlzələlərdən sonra artan kirayələ ev qiymətləri ilə bağlı danışıb.
O, vətəndaşları aldadan şəxslərlə bağlı tədbir görəcəklərini bildirib: "Onların üzərinə gedəcəyik və bu yüksək kirayə tətbiqini edənləri qanunla cəzalandıracağıq".
Ərdoğan zəlzələdə həlak olanların ailəsinə başsağlığı verib:
"Zəlzələ nəticəsində 50 mindən çox vətəndaş həyatını itirib. Dində də şəhidlik var. Sevgili Peyğəmbərimizin şəhadətdə şəfayəti var".
Daha sonra atdıqları addımları və verdikləri vədləri dilə gətirən Ərdoğan dağıntıların tez bir zamanda aradan qaldırılacağını və böyük ölçüdə uğur qazandıqlarını qeyd edib.
Türkiyə iqtisadiyyatının ötən il 5,6% artdığını xatırladan Ərdoğan Türkiyənin "G20" ölkələri arasında ən sürətlə böyüyən ölkələrdən birinə çevrildiyini də deyib:
"İqtisadiyyatımız son 10 rübdə fasiləsiz böyüyür. Avtomobil və avadanlıq sərmayələrimiz fasiləsiz olaraq böyüməyə davam edir. Bizim istehsal sektorlarımız Cümhuriyyətimizin tarixində hər zamankındən daha güclü olub" - deyə prezident müsahibənin sonunda bildirib.
Mikayıl