Türkiyə-İran sərhədində zəlzələ oldu - Naxçıvanda da hiss edildi

Türkiyə-İran sərhədində zəlzələ oldu - Naxçıvanda da hiss edildi
DÜNYA
15:32 11.04.2023
241
Bu gün saat 13:30-da Türkiyə-İran sərhədində 4,4 bal gücündə zəlzələ baş verib.

AZXEBER.COM xəbər verir ki, yeraltı təkanlar Naxçıvan və Ermənistanda da hiss olunub.

Məlumata görə, zəlzələnin episentri Ağrı vilayətinin Doğubəyazıta bağlı Sarıçavuş kəndinin bir neçə kilometrliyindədir.

Zəlzələnin baş verdiyi bölgə Türkiyə, İran, Azərbaycan və Ermənistan sərhədlərinin kəsişmə nöqtəsidir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR