Türkiyənin Milli Müdafiə Nazirliyi İraq rəsmiləri ilə sərhəd təhlükəsizliyi toplantısı keçirildiyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, İraq-Türkiyə sərhədindəki vəziyyətlə yanaşı, İraq vətəndaşlarının təhlükəsizliyi də müzakirə edilib.
Türkiyə və İraq iki ölkə arasında sərhəd təhlükəsizliyini artırmaq üçün danışıqları davam etdirir.
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi əməliyyatlar İraq təhlükəsizlik qüvvələri ilə sıx koordinasiyada həyata keçirilir.
İki ölkənin hərbi rəsmiləri arasında fikir mübadiləsi artırılıb.
Bu çərçivədə Milli Müdafiə Nazirliyi 2-ci Ordu Komandanı general-leytenant Metin Tokel və onu müşayiət edən heyətin İraq yerli rəsmiləri ilə sərhəd təhlükəsizliyi toplantısı keçirdiyini açıqlayıb.
Nazirlikdən verilən açıqlamada görüşün "Pençe-Kilit" əməliyyatı bölgəsi sərhədləri daxilində İraqın yerli rəsmiləri ilə keçirildiyi bildirilib.
Nəzrin