Türkiyə İspaniyaya böyük hesabla məğlub oldu

Türkiyə İspaniyaya böyük hesabla məğlub oldu
İDMAN
01:06 08.09.2025
663
Türkiyə yığma komandası 2026-cı il Dünya çempionatının seçmə mərhələsində ağır məğlubiyyətlə üzləşib.

Ay-ulduzlular Konya Böyükşəhər Bələdiyyə Stadionunda son Avropa çempionu İspaniyanı qəbul edib.

Türkiyə millisi rəqibinə 0:6 hesabı ilə uduzub.

Qonaqların qollarını Pedri (6 və 62-ci dəqiqələr), Ferran Torres (53-cü dəqiqə) və Merino (22, 45+1 və 57-ci dəqiqələr) vurublar.

Bu nəticədən sonra İspaniya 2 oyundan maksimum 6 xal toplayaraq E qrupunda liderliyini davam etdirib. Türkiyə isə 3 xalla 3-cü pillədə qalıb.

Türkiyə yığması növbəti oyununu 11 oktyabrda səfərdə Bolqarıstana qarşı keçirəcək. İspaniya isə həmin gün Gürcüstanı qəbul edəcək.

/Modern az
OXŞAR XƏBƏRLƏR