Türkiyə klublarının Avrokuboklardan qazandığı məbləğ AÇIQLANDI

İDMAN
15:22 15.12.2023
246
Türkiyəni Avropada təmsil edən 4 klubun UEFA-dan qazandığı məbləğ açıqlanıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu mövsüm Avropada mübarizə aparan "Qalatasaray", "Fənərbağça", "Beşiktaş" və "Adana Dəmirspor"un UEFA-dan qazandığı ümumi məbləğ 1 milyard 402 milyon 520 min TL (43 milyon 933 min 237 avro) olub.

Komandalar üzrə bölgüyə nəzər salsaq ən çox qazanc əldə edən komanda "Qalatasaray" klubudur.

Avrokuboklarda iştirak edən türk klublarının qazanclarını təqdim edirik:

"Qalatasaray": 30 milyon 140 min 737 avro
 
"Fənərbağça": 7 milyon 601 min 800 avro

"Beşiktaş": 5 milyon 140 min 700 avro
 
"Adana Demirspor": 1 milyon 50 min avro

Günel

OXŞAR XƏBƏRLƏR