Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı
DÜNYA
20:16 07.03.2022
314
Türkiyənin "Göztepe" klubu baş məşqçisi Nestor El Maestro ilə yollarını ayırıb.

AZXEBER.COM İzmir təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

"Göztepe" serbiyalı baş məşqçiyə gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Nestor El Maestro 2021-ci il sentyabrın 8-dən komandaya rəhbərlik edib. "Göztepe" Türkiyə Super Liqasında 28 turdan sonra 27 xalla 17-ci pillədə qərarlaşıb.
OXŞAR XƏBƏRLƏR