Türkiyə klubunun yeni baş məşqçisi müəyyənləşdi

İDMAN
18:42 30.10.2024
290
Türkiyənin "Konyaspor" klubunun yeni baş məşqçisi bəlli olub.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Konya təmsilçisi Recep Uçara tapşırılıb. 49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, bu postda Əli Çamdalını əvəzləyib.

Qeyd edək ki, "Konyaspor" hazırda Superliqada 11 xalla 11-ci pillədə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR