"İstanbulda korrupsiya əməliyyatını bəhanə edərək küçələrimizdə xaos yaratmaq cəhdlərinin şahidi oluruq. Sırf öz sərvətləri, mənfəətləri, qazanc və talan planlarının pozulmaması üçün millətin əmin-amanlığını pozmağa çalışan bir ovuc səriştəsiz iddialı adama göz yummayacağıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, oğurluq, soyğunçuluq, qanunsuzluq və saxtakarlığı müdafiə etmək üçün məhkəmə zalını deyil, küçələri göstərmək böyük bir məsuliyyətsizlikdir:
"Aydın məsələdir ki, CHP təkcə bələdiyyələrə basqın edən quldurlardan deyil, marjinal strukturlardan, terror təşkilatlarından da uzaq durmalıdır. Türkiyə küçədə olan bir ölkə deyil, küçə terroruna təslim olmayacaq”.
///Qafqazinfo