Türkiyə mediası: Azərbaycanın COP29 vaxtı barışıq təşəbbüsü dünya ictimaiyyəti tərəfindən dəstəklənir

Türkiyə mediası: Azərbaycanın COP29 vaxtı barışıq təşəbbüsü dünya ictimaiyyəti tərəfindən dəstəklənir
MEDIA
17:21 01.11.2024
296
Nüfuzlu Türkiyə mediası COP29-un əhəmiyyətindən yazıb

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Azərbaycanın atəşkəs çağırışı bütün dünyada getdikcə daha çox dəstək alır. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak” qəzeti "Haber7” telekanalı Bakıda keçiriləcək qlobal tədbirlə bağlı materialında deyilir.

Telekanal BMT-nin Azərbaycanda keçiriləcək mötəbər tədbirinə son hazırlıq işlərinə diqqət çəkir və konfransda "Yeni Kollektiv Kəmiyyət Hədəfi”nin (NCQG) qəbul ediləcəyinə ümid edir.

Qeyd olunur ki, COP29 iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyi gücləndirəcək, ölkələrin davamlı inkişafına dəstək verəcək və yaşıl iqtisadiyyata keçidi sürətləndirəcək mühüm platformadır.

Materialda Azərbaycanın "İslahatçı gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının COP29-un bütün bəşəriyyət üçün əhəmiyyətini vurğulayan sözləri sitat gətirilir: "Ümumən, Azərbaycanın ekoloji problemlərin həllinə verdiyi töhfə etiraf edilir və rəsmi Bakının ekoloji sahədəki təşəbbüsləri qlobal səviyyədə getdikcə daha çox dəstəklənir”.

İctimai Birliyin rəhbəri iqlim dəyişikliyi ilə mübarizə naminə bütün ölkələrin birlik və həmrəyliyinin təmin edilməsinin zəruriliyi ilə bağlı Azərbaycan hakimiyyətinin mövqeyinə diqqət çəkib. O, Azərbaycanın bəşəriyyətin problemlərinin həllinə çağırışının əhatə dairəsinin təkcə ekoloji sahə ilə məhdudlaşmadığını, dünyanın üzləşdiyi bütün çağırışlara aid olduğunu diqqətə çatdırıb. "Təsadüfi deyil ki, dünyanın 197 ölkəsindən nümayəndələr Bakıda keçiriləcək tədbirə gələcəklər”, -deyə F.Şahbazlı bildirib.

O, həmçinin COP29-u "sülh prosesinin nəticəsi” adlandıran Azərbaycan Prezidenti İlham Əliyevin sözlərini xatırladıb, eyni zamanda, Bakının iqlim müzakirələri günlərində barışıq çağırışını dəstəkləyən Qoşulmama Hərəkatına üzv ölkələrin mövqeyinə diqqət çəkib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib