Türkiyə mətbuatı son günlər Azərbaycanda polisin keçirdiyi əməliyyatlarla bağlı məlumatlar dərc edib.
AZXEBER.COM-un məlumatına görə, Türkiyənin “haber.rotahaber.com” saytının yayımladığı məlumatda “Ssenarisi Ankaradan, baskın Azərbaycandan” başlığı ilə nurçularla bağlı ilginc məlumatlar dərc edib.
Sayt Ankara ilə Bakının bu məsələ ətrafından geniş müzakirələr etdiyini və Ankaranın birbaşa nurçulara qarşı keçirilən əməliyyatlarla bağlırəyinin müsbət olduğunu yazıb. Yazıda bildirilir ki, baş nazirin Əliyevə təqdim etdiyi siyahıdan sonra bu ölkədə polislər nurçulara qarşı əməliyyatlara başlayıblar.
