Türkiyə mətbuatı ANS-dən yazdı: ‘Azərbaycan kanalın lisenziyasını ləğv etdi’ - FOTO

Türkiyə mətbuatı ANS-dən yazdı: ‘Azərbaycan kanalın lisenziyasını ləğv etdi’ -  FOTO
DÜNYA
15:16 01.08.2016
3021

“Sabah” qəzeti ANS kanalının bağlanması ilə bağlı növbəti xəbər yayıb.

AZXEBER.COM –un məlumatına görə, qəzet ANS kanalının bağlanmasına səbəb kimi Gülənlə olan müsahibəni göstərib:

“Reportajını yayımlamaq istəyən televiziya kanalı əvvəl müvəqqəti olaraq bağlandı. İndi isə lisenziyasını ləğv edildi”.

Qəzet ANS-in yayımının Qənirə Ataşovanın Güləndən aldığı müsahibənin anonsunun yayımından sonra Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təəcili qərarla dayandırıldığını yazıb.

“Türkiyənin Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrinin pozulmasına yönəlmiş təxribatın qarşısının alınması, terrorun təbliğatına yol verilməməsi üçün kanalın yayımının müvəqqəti dayandırılmasını tələb etmişdı. Azərbaycan tərəfi kanalı əvvəl müvəqqəti olaraq bağladı. Ötən gün isə məhkəmə tərəfindən kanalın lisenziyaları ləğv edildi”

Jalə

OXŞAR XƏBƏRLƏR