Türkiyə mətbuatı azərbaycanlı həkimdən yazdı

TOP4
11:24 05.03.2020
4764
"5 aylıq müalicədən sonra miqren və baş ağrılarıma "vida” etmişəm”

AZXEBER.COM xəbər verir ki, həkim nevroloq Jalə Qarayeva ilə bağı Türkiyə mətbuatında yazı dərc olunub.
 
Yazıda türk vətəndaşı Samet Yozbatıran uzun sürən xəstəlikdən Jalə Qarayevanın müalicəsi ilə sağaldığını vurğulayıb: "Uzun müddət idi ki, kəskin baş ağrıları və miqrendən əziyyət çəkirdim. Daha sonra Jalə Qarayevanın qəbulunda oldum. Etdiyi müalicənin nəticəsi olaraq onu deyə bilərəm ki, 5 aylıq müalicədən sonra miqren və baş ağrılarıma "vida” etmişəm”.

Qeyd edək ki,  Azərbaycanın ən güclü nevroloqlarından sayılan Dr. Jalə Qarayeva Türkiyənin Ankara Gazi Xəstəxanasının Nevrologiya kafedrasında ixtisaslaşıb. 

Dünyanın aparıcı elmi jurnallarında tibbi məqalələrlə çıxış edən J.Qarayeva Türkiyə və digər Avropa dövlətlərində təşkil olunan nevroloji seminar və simpoziumlarda ölkəmizi təmsil edib. Əldə etdiyi nəticələr dünya şöhrətli nevroloqlar tərəfindən maraqla qarşılanıb və dəfələrlə müxtəlif diplomlarla təltif edilib.

Epilepsiya, enurez, müxtəlif səbəblərdən qaynaqlanan baş ağrıları və başgicəllənmələr, yuxu və yaddaş pozğunluqları, onurğa problemləri, fərqli səbəblərdən meydana çıxan sinir və əzələ problemləri, eyni zamanda hazırda cəmiyyəti ən çox narahat edən əsəbilik, nevroz və depressiya kimi psixoloji pozuntuları Avropa protokollarına uyğun olaraq müayinə və müalicə edir.

Əlaqə telefonu: (050) 363-10-02

www. nevroloq.az

instagram/nevroloq.jale.qarayeva
 

OXŞAR XƏBƏRLƏR