Türkiyə mətbuatı 'Xəzər Lənkəran'a hörmətsizlik etdi - FOTOFAKT

İDMAN
16:16 22.07.2013
6091

Türkiyə mətbuatı dünənki "Xəzər Lənkəran" - "Fənərbaxça" (0:4) matçıyla bağlı xəbər yaymaqda davam edirlər. 

"Rekord.az" xəbər verir ki, oyunətrafı müxtəlif mövzulara toxunan qardaş ölkədən olan həmkarlarımız ciddi bir səhvə də yol veriblər. Belə ki, məşhur "Fanatik" qəzeti "Mansimova plaket" başlığı altında xəbər hazırlayıb və saytlarında yerləşdiriblər. Xəbərdə "Fənərbaxça"nın prezidenti Əziz Yıldırımın "Xəzər Lənkəran"ın prezidenti Mübariz Mənsimova plaket verdiyi qeyd olunub. Ancaq maraqlıdı ki, həmin xatirə hədiyyəsi Mübariz yox, onun qardaşı Mais Mənsimova təqdim olunub. Jurnalistlər isə onu tanımayıblar.

Aşağıdakı fotoda hər şeyi görə bilərsiz:

OXŞAR XƏBƏRLƏR