Türkiyə millisi 24 il sonra dünya çempionatına vəsiqə qazandı

Türkiyə millisi 24 il sonra dünya çempionatına vəsiqə qazandı
İDMAN
08:49 01.04.2026
108
Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin pley-off finalları keçirir.

AZXEBER.COM xəbər verir ki, nəticədə mundiala vəsiqə qazanan daha 4 milli komanda müəyyənləşir.

Yarımfinalda Rumıniyanı üstələyən (1:0) Türkiyə millisi səfərdə Kosovo ilə qarşılaşıb. Vinçenzo Montellanın komandası 1:0 hesabı ilə qalib gələrək DÇ-2026-nın final mərhələsinə yüksəlib. Beləliklə, Türkiyə yığması 24 il sonra ilk dəfə mundialda oynayacaq.

İsveç öz meydanında Polşanı üstələyib və DÇ-2026-ya vəsiqə əldə edib.

Bu gecə həmçinin İtaliya millisi Bosniya və Herseqovinanın qonağıdır.
Çexiya isə Danimarka ilə üz-üzə gəlir.
OXŞAR XƏBƏRLƏR