Katarakt

Türkiyə millisi Bakını tərk etdi - FOTO

İDMAN
14:59 21.06.2021
430
AVRO-2020-ni xalsız başa vuran futbol üzrə Türkiyə yığması Azərbaycanı tərk edib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, Heydər Əliyev Beynəlxalq Aeroportuna yollanan Türkiyə millisi Bakı vaxtı ilə saat 12:00-da İstanbula yola düşüb.

Qeyd edək ki, Türkiyə yığması üçün AVRO-2020 uğursuzluqla nəticələnib.

Şenol Günəşin rəhbərlik etdiyi komanda Romada İtaliyaya 0:3, Bakıda ilk görüşdə Uelsə 0:2, ardından İsveçrəyə 1:3 hesabı ilə uduzub.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR