Türkiyə Milli Komandası dünya reytinqində 2 pillə geriləyib.
AZXEBER.COM xəbər verir ki, bunu Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) açıqlayıb.
Belə ki, Türkiyə millisi dünya reytinqində 2 pillə geriləyərək 42-ci yerdə qərarlaşıb.
AVRO-2024 F qrupunda Türkiyə millisinin rəqiblərindən olan Portuqaliya 6-cı pillədə qalsa da, Çexiya 2 pillə yüksələrək 34-cü, Gürcüstan 1 pillə yüksələrək 74-cü pillədə qərarlaşıb.
İlk 3 yerin dəyişməz qaldığı siyahıda Argentina birinciliyini qoruyub.
Fransa siyahıda ikinci, Belçika isə 3-cü yerdə qərarlaşıb.
Məryəm