Türkiyə millisi öz meydanında məğlub oldu

İDMAN
08:08 13.10.2012
1192

Bu gün "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.

AZXEBER.COM-un məlumatına görə, millimizin qrupu ilə yanaşı, digər qruplarda da bir sıra maraqlı görüşlər baş tutub.

Azərbaycan futbolsevərlərinin diqqəti yenidən İstanbula yönəlib. Burada Türkiyə millisi Rumıniya yığmasını qəbul edib. Matçın taleyini bir qol həll edib.Görüşün 45-cidəqiqəsində Qrozavın vurduğu qol qonaqlara qələbə qazandırıb - 0:1.

Qeyd edək ki, seçmə mərhələnin növbəti görüşləri 4 gün sonra keçiriləcək.

OXŞAR XƏBƏRLƏR