Türkiyə millisinə şad xəbər

İDMAN
13:15 02.11.2011
1459
AÇ-2012-nin final mərhələsinə getmək üçün Xorvatiya ilə "play-off" oynayacaq Türkiyə millisi daha bir şad xəbər alıb.
Türkiyə ilə oyunöncəsi Xorvatiya yığması ciddi itki ilə üzləşib. Rusiyanın "Rostov" klubunda forma geyinən və Xorvatiya millisinin əsas qapıçısı olanStipe Pletikosazədələnərək sıradan çıxıb.Dizindən zədələnən futbolçunun Türkiyə ilə oyunlarda meydana çıxa bilməyəcəyi bildirilir. Pletikosa ilə yanaşı, "Tottenhem"in futbolçusuVedran Çorlukada zədə səbəbindən Türkiyə ilə oyunları buraxacaq.Qeyd edək ki, Xorvatiya milli komandasının baş məşqçisi Türkiyə ilə keçirəcəyi görüşlərdə əsas heyətin 5 oyunçusunun xidmətindən yararlana bilməyəcək.

OXŞAR XƏBƏRLƏR