Türkiyə millisinin futbolçusuna ağır itki: 3 aylıq övladı öldü

İDMAN
11:13 14.12.2023
187
"Fənərbağça"nın və Türkiyə millisinin futbolçusu Umut Nayir doğulacaq körpəsini itirib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə xəbəri futbolçunun həyat yoldaşı açıqlayıb:
 
"Dünən həkim müayinəsinə gedəndə 16 həftəlik körpəmizin ürəyinin dayandığını öyrəndik. Bu gün qızımızla vidalaşdıq. Ümid edirik ki, bizə və dərdimizə hörmət edəcək və lazım olan həssaslığı göstərəcəksiniz”.

"Fənərbağça" klubu körpəsinin vəfatı ilə bağlı futbolçuya başsağlığı verib.

Mikayıl
 

 


OXŞAR XƏBƏRLƏR