Yanvarın 1-dən etibarən Türkiyə sərhədlərindən qanunsuz keçməyə cəhd edənlərin sayının 1666 nəfərə, bloklananların sayının isə 27507 nəfərə çatdığı açıqlanıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamada əlavə olunub:
"Türkiyə Silahlı Qüvvələrimiz bütün əməliyyat və vəzifələri ilə yanaşı, effektivliyini və çəkindiriciliyini daha da gücləndirmək, şəxsi heyətin səriştəsini artırmaq məqsədilə təlim fəaliyyətlərini fasiləsiz olaraq davam etdirir”.
Oksana