Türkiyə müttəfiq ölkələr üçün daha 150 “KAAN” istehsal edəcək

Türkiyə müttəfiq ölkələr üçün daha 150 “KAAN” istehsal edəcək
DÜNYA
18:47 08.07.2024
174
Türkiyə müttəfiq ölkələr üçün daha 150 ədəd "KAAN" döyüş təyyarəsi istehsal edəcək.

Bu barədə Türkiyənin TUSAŞ şirkətinin baş katibi Mehmet Demiroğlu bildirib.

Bu planın konkret olaraq hansı müddətə icra ediləcəyi açıqlanmasa da, qardaş və müttəfiq ölkələrdən bu döyüş təyyarəsinə çox ciddi maraq olduğu vurğulanıb

"Qarşıdakı illərdə, ilk növbədə, öz Hava Qüvvələrimizin ehtiyaclarını ödəmək şərti ilə cəmi 250-300 ədəd "KAAN" istehsal etməyi planlaşdırırıq", -M.Demiroğlu deyib.

Qeyd edək ki, KAAN Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə bu təyyarələri ABŞ-nin F-22 və F-35 qırıcılarına alternativ olaraq istehsal edib. Təyyarə fevralın 21-də ilk uçuşunu uğurla həyata keçirib.
 
///Report
OXŞAR XƏBƏRLƏR