Türkiyə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfər edəcək təyyarəsi üçün öz hava məkanından istifadəyə icazə verib.
Bu barədə Azərbaycan-İsrail Alyansı (AIA) məlumat yayıb.
"Benyamin Netanyahunun "Kanaf Zion” təyyarəsi mayın 7-də axşam saatlarında Azərbaycana gələcək", - məlumatda qeyd edilib.
Ötən gün "The Times of Israel” qəzeti İsrailin Baş nazirinin mayın 7-də Bakıya gələcəyini bildirib.