Türkiyə nümayəndə heyəti Azərbaycanda səfərdədir

MAQAZİN
18:05 03.04.2013
1235

Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyinin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının (KOSGEB) nümayəndələri ölkəmizdə səfərdədir.

AZXEBER.COM-un İqtisadi İnkişaf Nazirliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyi ilə KOSGEB arasında imzalanmış “İqtisadi əlaqələrin və əməkdaşlığın təşviq edilməsi haqqında” Protokol üzrə İşçi Qrupunun ilk iclası keçirilib. İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov bildirib ki, Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələr uğurla inkişaf edir. Niyazi Səfərov Protokol üzrə İşçi Qrupunun yaradılmasının da ikitərəfli iqtisadi əlaqələrin inkişafı, təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu bildirib.Qeyd edək ki, 2006-ci ildə İqtisadi İnkişaf Nazirliyi ilə Türkiyənin KOSGEB təşkilatı arasında imzalanmış “İqtisadi əlaqələrin və əməkdaşlığın təşviq edilməsi haqqında” Protokolun əsas məqsədi Azərbaycanın və Türkiyənin kiçik və orta sahibkarları arasında müxtəlif sahələrdə iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi, hər iki ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarların beynəlxalq bazarda rəqabətinin inkişafına dəstək göstərilməsi, təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsidir.KOSGEB-in vitse-prezidenti Salih Tuna Şahin İşçi Qrupunun kiçik və orta sahibkarlıq sahəsində fəaliyyət göstərən iş adamları arasında əlaqələrin inkişafı, hər iki ölkənin KOS-ları arasında təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.Səfər aprelin 5-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR