Türkiyə onu “Milyonçu”da tanıdı - Gənc qız zəlzələdə vəfat etdi

Türkiyə onu “Milyonçu”da tanıdı - Gənc qız zəlzələdə vəfat etdi
DÜNYA
13:30 22.02.2023
278
1 ay əvvəl "Kim Milyoner Olmak İster"ə qatılan və gülməli davranışları ilə diqqət çəkən Simay Atlı adlı iştirakçının Kahramanmaraşda baş verən zəlzələdə dağıntılar altında qalaraq vəfat etdiyi məlum olub.

AZXEBER.COM xəbər verir ki, fevralın 6-da episentri Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər 10 əyalətdə dağıntılara səbəb olub. Məlum olub ki, "Kim Milyoner Olmak İster” verilişinə qatılan Simay Atlı da çoxlu binaları uçuran və minlərlə vətəndaşın həyatını itirdiyi zəlzələdə dünyasını dəyişib.

Kahramanmaraşda uçan Penta Parkda psixologiya təhsili alan 21 yaşlı Simay Atlının yaşadığı və binanın zəlzələdə dağıldığı öyrənilib. Simay Atlı və anası da zəlzələdə dağıntılar altında qalıb. Axtarış-xilasetmə işləri zamanı ana və qızın meyitləri aşkar edilib.

Ayşən
OXŞAR XƏBƏRLƏR