Türkiyə ordusu Suriyanın şimalında 10 terrorçunu zərərsizləşdirib.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlayıb.
Onun sözlərinə görə, Türkiyə terrorla mübarizəni davam etdirir:
"Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək. Bütün məlum terror hədəfləri atəşə tutulub. 4 yaralımız var və onların müalicəsi davam edir. Suriyanın şimalındakı hücuma eyni şəkildə cavab verilib".