Türkiyə ordusu İraq və Suriyada 17 terrorçunu öldürüb

Türkiyə ordusu İraq və Suriyada 17 terrorçunu öldürüb
DÜNYA
20:35 10.05.2024
171
Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyat keçirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, İraqın şimalındakı Hakurk, Qara və Pənçə-Kilit əməliyyat bölgələrində PKK terror təşkilatının 10 üzvü öldürülüb.

Həmçinin, Suriyanın şimalındakı Zeytin Dalı və Barış Pınarı bölgələrində PKK/YPG terror təşkilatının 7 üzvü zərərsizləşdirilib.
OXŞAR XƏBƏRLƏR