Türkiyə ordusu Suriyada 14 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu Suriyada 14 terrorçunu zərərsizləşdirib
DÜNYA
21:29 05.02.2022
297
Türkiyə ordusu Suriyanın şimalında "Sülh çeşməsi" və "Zeytun budağı" əməliyyatları zonasında 14 terrorçunu zərərsizləşdirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, cinayətkar təşkilatlara qarşı aktiv mübarizə Suriya ərazisində də davam etdirilir.

"Türkiyə Silahlı Qüvvələrinin Suriyada əməliyyat apardığı iki bölgəni atəşə tutan və oraya daxil olmağa cəhd edən PKK terror təşkilatının Suriya qanadının (YPG) silahlıları Türkiyə hərbçilərinin səyi ilə zərərsizləşdirilib", - deyə məlumatda bildirilir.
OXŞAR XƏBƏRLƏR