Türkiyə ordusu Suriyanın şimalında daha 4 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu Suriyanın şimalında daha 4 terrorçunu zərərsizləşdirdi
DÜNYA
14:17 01.09.2021
1114
Suriyanın şimalında daha 4 PKK/YPG terrorçusu məhv edilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.

Bildirilib ki, "Barış Pınarı” əməliyyatının keçirildiyi bölgədə hücuma cəhd edən 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

"PKK/YPG terror təşkilatının "Barış Pınarı” bölgəsindəki dinclik və güvən şəraitini pozmasına icazə vermədik və verməyəcəyik”, - məlumatda qeyd edilib.
OXŞAR XƏBƏRLƏR