Silah yoldaşını öldürən desant intihar etdi
Türkiyədə naryada gedən əsgərlər arasında baş vermiş mübahisə ölümlə nəticələnib. Yerli mətbuatın xəbərinə görə, Hakkaridə dağ desant briqadasının 2 siravi əsgəri arasında “molodoy”-“dembel” mübahisəsi baş verib. Qarşılıqlı söyüş və təhqirlərlə davam edən mübahisə zəminində “dembel” Əhməd Dəmir “molodoy” Ramazan Altayı boğmağa başlayıb. R.Altay isə xidməti tügəngi ilə Ə. Dəmiri güllələyib. Daha sonra növbətçi köşkünə girən R.Altay özünə 3 dəfə atəş açaraq intihar edib. Hər iki hərbçi hadisə yerində keçinib. Qeyd edək ki, öldürülən Əhməd Dəmir ailəli və 1 övlad sahibi idi. Onun hərbi xidmətinin başa çatmasına 2.5 ay qalmışdı. Faktla bağlı istintaq başladılıb və araşdırmalar davam edir.(anspress)