Türkiyə Ordusunun 19 əsgəri İraqda mağarada metan qazından zəhərlənib, 5-i həyatını itirib

Türkiyə Ordusunun 19 əsgəri İraqda mağarada metan qazından zəhərlənib, 5-i həyatını itirib
DÜNYA
18:33 06.07.2025
285
İraqın şimalında bir mağarada əməliyyat-axtarış tədbirləri aparan Türkiyə Ordusunun 19 hərbçisi metan qazından zəhərlənib, 5-i həyatını itirib.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 28 may 2022-ci ildə İraqın şimalında Pençe-Kilit Əməliyyatı bölgəsində əməliyyat-axtarış tədbirləri zamanı PKK terrorçularının açdığı atəş nəticəsində Nuri Melih Bozkurt şəhid olub. İntensiv atəşlə əlaqədar onun meyitini çıxarmaq mümkün olmayıb. Bu gün – iyulun 6-da Nuri Melih Bozkurtun nəşinin tapılması üçün mağarada əməliyyat-axtarış tədbiri həyata keçirilib və əməliyyat zamanı 19 əsgər metan qazından zəhərlənib.

Vertolyotla xəstəxanaya yerləşdirilən 19 əsgərdən 5-i həyatını itirib.
 
/APA
OXŞAR XƏBƏRLƏR