Türkiyə parlamenti ABŞ Prezidentinin qondarma “soyqırımı” ilə bağlı açıqlamasına kəskin etirazını bildirib

Türkiyə parlamenti ABŞ Prezidentinin qondarma “soyqırımı” ilə bağlı açıqlamasına kəskin etirazını bildirib
DÜNYA
20:19 27.04.2021
482
Türkiyə Böyük Millət Məclisi (TBMM) ABŞ Prezidentinin 24 aprel tarixli açıqlamasında həqiqəti əks etdirməyən ədalətsiz ifadələr səsləndirməsini, eləcə də saxta "erməni soyqırımı” ilə bağlı ifadə işlətməsini kəskin şəkildə pisləyən açıqlama yayıb.

AZXEBER.COM xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun imzası ilə yayılan açıqlama Türkiyə parlamentində təmsil olunan hakim Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və İYİ partiya tərəfindən dəstəklənib.

Açıqlamada qeyd olunur ki, ABŞ Prezidentinin 1915-ci il hadisələri ilə bağlı işlətdiyi fikirlərin tarixi və hüquqi əsası yoxdur. Ona görə də bu ifadələr Türkiyə üçün yox kimidir.

Bildirilir ki, Birinci Dünya müharibəsi çərçivəsində ağır fəsadlara gətirib çıxaran hadisələrdən 106 il sonra məsuliyyətsiz bir açıqlamanın ortaya çıxmasının səbəbi tarixi sənədlərin və beynəlxalq hüququn dəyişməsi deyil, ABŞ rəhbərliyinin radikal erməni lobbisinin təzyiqlərinə boyun əyməsidir. Tarixi həqiqətlərlə uzlaşmayan bu açıqlama xalqlar arasında yaxınlaşma yaratmayan ağılsız və məsuliyyətsiz addımdır.

Diqqətə çatdırılır ki, Türkiyə 1915-ci il hadisələrinin müstəqil təhlilçilər və tarixçilər tərəfindən araşdırılması üçün birgə komissiyanın yaradılması məqsədilə hələ 2005-ci ildə təklif irəli sürüb və bütün arxivlərini dünyaya açıb. Heç bir xalqa qarşı düşmənçilik etməyən Türkiyə özünə və tarixinə əmin olduğu üçün mövqeyində qalmaqdadır.

"Soyqırımı” anlayışının son dərəcə aydın ifadə olunduğu açıqlamada, həmçinin deyilir: "BMT-nin 1948-ci il tarixli "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” müqaviləsinə görə, soyqırımı aktının tanınması yalnız səlahiyyətli məhkəmələrin qərarı ilə baş verə bilər. Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci və 2017-ci illərdə qəbul etdiyi qərarlara görə, 1915-ci il hadisələri tarixi müzakirə mövzusudur.

Prezident Co Baydeni tarixi həqiqətlərlə uzlaşmayan millətimizin vicdanını yaralayan bu səhv bəyanatı dəyişməyə, başda türk və erməni xalqları olmaqla, bölgə xalqları üçün sülh, sabitlik və təhlükəsizlik içində yaşamaq səylərini dəstəkləməyə, ikitərəfli əlaqələrə xoşagəlməz təsir göstərən bu qərardan geri çəkilməyə dəvət edirik”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”