Finlandiyanın NATO-ya üzvlük protokolunun təsdiq edilməsi haqqında qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilib.
AZXEBER.COM "TRT Haber"ə istinadən xəbər verir ki, təklif deputatların səsverməsinə çıxarılıb.
Bununla da ölkənin NATO-ya üzv olması üçün Parlamentdə atılan addım tamamlanıb.
Baş Assambleyada qəbul edilən mətn təsdiq üçün Prezident Rəcəb Tayyib Ərdoğana göndəriləcək.