Türkiyə polisi ölkə ərazisində bomba yüklənmiş 7 avtomobili axtarır.
Trend-in "CNN Türk" telekanalına istinadən verdiyi məlumata görə, bu gün polis orqanlarına ölkənin müxtəlif şəhərlərində terror aktlarının həyata keçiriləcəyi barədə məlumat daxil olub. Daxil olan məlumata əsasən, bomba yüklənmiş 7 avtomobil müxtəlif şəhərlərdəki strateji obyektlərin qarşısında partladılacaq.
Məlumatda o da qeyd olunur ki, terror aktlarını planlaşdıran dəstə Yunanıstan və Suriyada xüsusi təlimlər keçib.