Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında təbii qaz sahəsində əməkdaşlıq Sazişi” təsdiqləyib.
Bununla bağlı qərar "Resmi Gazete"də dərc olunub.
Qeyd edək ki, saziş 14 may 2024-cü il tarixində İstanbulda imzalanıb.