Türkiyə Prezidenti: “Putin və Zelenski ilə əlaqələri kəsmək niyyətimiz yoxdur”

Türkiyə Prezidenti: “Putin və Zelenski ilə əlaqələri kəsmək niyyətimiz yoxdur”
Siyasət
13:57 19.05.2022
529
"Həm Rusiya, həm də Ukrayna ilə balanslaşdırılmış siyasət aparırıq. Bu siyasətdə nə Rusiya Prezidenti Vladimir Putinlə, nə də Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqələri kəsmək niyyəti var”.

AZXEBER.COM xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

"Cənab Putin və Zelenski ilə telefon diplomatiyasını davam etdirirəm. Xüsusi nümayəndəmi onların yanına göndərmişdim və göndərirəm də. Çünki Üçüncü Dünya müharibəsinin alovlanmasının nə bölgəmizə, nə də dünyaya faydası var”, - dövlət başçısı bildirib.
OXŞAR XƏBƏRLƏR