Türkiyə prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Türkiyə prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
SİYASƏT
13:09 31.10.2017
1219

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda rəsmi qarşılanma mərasimi olub.

AZXEBER.COM-un məlumatına görə, Türkiyə prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Sonra iki ölkənin himni səsləndirilib. Türkiyə prezidenti azərbaycanlı həmkarı ilə qarovul dəstəsinin önündən keçib, Azərbaycan əsgərini salamlayıb.

Sonra Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü keçiriləcək. İkitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında görüşün keçirilməsi planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR