İsrailin 500 nəfərin ölümü ilə nəticələnən xəstəxanaya hücumundan sonra Türkiyə hərəkətə keçib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi bölgəyə gəmi xəstəxanaları göndərmək qərarına gəlib.
Türkiyə Qəzzada və ya Rəfah Sərhəd Qapısı yaxınlığında Sahə Xəstəxanaları qurmaq üçün hərəkətə keçərkən, nazir Fahrettin Koca beynəlxalq səhiyyə təşkilatları ilə danışıqların davam etdiyini açıqlayıb.
Səhiyyə naziri Fahrettin Koca 500-dən çox insanın həyatını itirdiyi xəstəxanaya hücumdan sonra sosial media hesabında paylaşım edib.
Nazir Koca deyib:
"Qəzzada Əl-Əhli Ərəb Xəstəxanasına edilən qeyri-insani hücumdan sonra mən bir çox beynəlxalq qurumlar, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının yüksək səviyyəli rəhbərləri ilə telefon diplomatiyası həyata keçirdim. Ümumidünya Səhiyyə Təşkilatı bu təklifimizi həyata keçirmək qərarına gələrsə, biz onunla birlikdə hərəkət etməyə hazırıq. Mən görüşlərimdə təkid etdim ki, Ümumdünya Səhiyyə Təşkilatının da bu mənada tarixi məsuliyyəti var. Bu nöqtədə fikir və tələblərimiz EMRO-nun Regional Ofisinin direktoru Əhməd Əl-Mandhari tərəfindən müsbət qarşılandı və baş direktor Tedros Adhanom Ghebreyesus ilə məsləhətləşərək, dərhal ölkəmizlə əməkdaşlıq prosesinə başlamaq qərarına gəldik”.
Aysel