"Türkiyə hazırkı mərhələdə Rusiyadan təbii qaz tədarükündən imtina etmək niyyətində deyil".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, energetika məsələsi Türkiyə və İsrailin energetika nazirləri arasında müzakirə olunacaq.
Çavuşoğlu qeyd edib ki, əgər İsrail Avropaya qaz ixracına nail olarsa, o zaman Türkiyə bunun üçün yeganə iqtisadi marşrut olacaq.
"Türkiyənin heç bir problemi yoxdur və hələlik enerji təhlükəsizliyi baxımından Rusiyadan qaz almamaq kimi qərarı da mövcud deyil”.