Türkiyə millisi yoldaşlıq oyununda Portuqaliya yığmasını məğlub edib. Lissabondakı “Estadio da Luz” stadionunda keçirilən qarşılaşması Türkiyə millisinin 3:1 hesabllı qələbəsi ilə başa çatıb.Türkiyə yığması 34-cü dəqiqədə Umut Bulutun qolu ilə hesabı açıb. Birinci hissə bu hesabla başa çatıb.İkinci hissədə Portuqaliya millisi öz meydanında növbəti dəfə oyuna meydanın mərkəzindən başlamalı olub. 52-ci dəqiqədə Umut Bulut fərqi iki topa çatdırıb. Bundan 5 dəqiqə sonra portuqaliyalılar Naninin qolu ilə hesab arasındakı fərqi azaldıblar. 65-ci dəqiqədə Portuqaliya millisi penalti qazanıb. Ulduz futbolçu Kriştianu Ronaldunun zərbəsindən sonra qapıçı Volkan qola imkan verməyib.Əvəzində Türkiyə millisi hesab arasındakı fərqi yenidən iki opa çatdırıb. Cərimə meydançasında yaranan qarışıqlıqda Pepe topu öz qapısından keçirib - 3:1.Portugal 1-3 Turkey (Friendly) - All Goalsby goalsarena2012-3