Türkiyə səfiri azərbaycanlılara təşəkkür etdi

SİYASƏT
13:45 14.05.2014
1227
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun öz “twitter” səhifəsində ölkəsini yasa boğan Soma faciəsindən yazıb.
AZXEBER.COM xəbər verir ki, səfir “Twitter” səhifəsində Türkiyənin dərdini bölüşdüyü üçün azərbaycanlılara da təşəkkür edib.
“Soma faciəsində ölənlərə rəhmət, yalananlara da Allah şəfa versin. Faciəmizi paylaşan azərbaycanlı qardaşlarımıza təşəkkür edirik”-deyə səfir qeyd edib.
Qeyd edək ki, ötən gün Türkiyənin Manisa vilayətinin Soma rayonundakı özəl kömür mədənində partlayış baş verib. Partlayışa mədəndəki elektrik trasfarmatorunda yaranmış qısaqapanmanın səbəb olduğu bildirilir. Ölənlərin sayının 205-ə çatdığı deyilir.

OXŞAR XƏBƏRLƏR