Türkiyə səfiri Mətbuat Şurasında olub - FOTO

Türkiyə səfiri Mətbuat Şurasında olub - FOTO
MEDIA
15:44 29.04.2025
411
Azərbaycan Mətbuat Şurasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüş keçirilib.

Mətbuat Şurasından AZXEBER.COM-a verilən xəbərə görə, səfirin Şuranın İdarə Heyətinin üzvləri ilə tanışlığı məqsədi daşıyan və Türkiyə Səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilirin də qatıldığı görüşdə MŞ sədri Rəşad Məcid qardaş ölkənin ali səviyyəli diplomatik nümayəndəsini rəhbərlik etdiyi qurumla, onun beynəlxalq ələqələri ilə bağlı məlumatlandırıb.

Rəşad Məcid bildirib ki, Azərbaycan və Türkiyə bütün beynəlxalq platformalarda ortaq mövqedən çıxış edir və mövcud tendensiyanın hər iki ölkənin media orqanlarının iş prinsiplərinə də təsirini göstərməsi sevindiricidir, mövcud amil gələcəyə daha nikbin baxmağa əsas yaradır. MŞ sədri bu baxımdan diqqətçəkən cəhətlərdən söz açaraq vurğulayıb ki, müştərək maraq və mənafelərin jurnalistika müstəvisində də qorunması strateji əhəmiyyət daşıyan məsələdir.

Səfir Birol Akgün çıxışında Türkiyənin media təcrübəsinə dair məlumatını bölüşüb. O, eyni zamanda, rəhbərlik etdiyi diplomatik missiyanın Azərbaycan jurnalistləri ilə əlaqələrindən söz açıb, media amilinin dövlət siyasətlərinin məzmununda oynadığı rolu qabardıb. B.Akgün, həmçinin, ümumən Səfirliyin ölkəmizin ictimai sektoru ilə təmaslara böyük önəm verməsinin müxtəlif tərəflərinə dair baxışlarını açıqlayıb.

Görüşdə Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, "APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı, Milli Məclisin deputatı, "İki sahil qəzeti”nin baş redaktoru Vüqar Rəhimzadə, Bayraqdar Media-nın rəhbəri Azər Həsrət, politoloq Yeganə Hacıyeva, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və başqaları Türkiyənin və Azərbaycanın mediası orqanlarının müştərək fəaliyyətlərinin gücləndirilməsinə yönələn təşəbbüslərini səsləndiriblər. Toplantıda qarşılıqlı informasiya mübadiləsinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tanınmış futbolçu “Trabzonspor”a keçdi
18:59 24.08.2026
Tanınmış futbolçu “Trabzonspor”a keçdi
"Qalatasaray" Ermedin Demiroviç üçün "Ştutqart"a təklif göndərib
18:41 24.08.2026
"Qalatasaray" Ermedin Demiroviç üçün "Ştutqart"a təklif göndərib
“Survivor” dördüncüsü ailə qurdu
18:27 24.08.2026
“Survivor” dördüncüsü ailə qurdu
"Barselona"nın futbolçusu Qavi sağ dizindən zədələnib
18:09 24.08.2026
"Barselona"nın futbolçusu Qavi sağ dizindən zədələnib
Hakan Çalhanoğlu ilə bağlı yeni iddia: Türkiyəyə qayıda bilər
18:02 24.08.2026
Hakan Çalhanoğlu ilə bağlı yeni iddia: Türkiyəyə qayıda bilər
“Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi başladı
17:58 24.08.2026
“Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi başladı
Xaçmazda kişi qızının sevgilisini küçədə döydü
17:48 24.08.2026
Xaçmazda kişi qızının sevgilisini küçədə döydü
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
17:43 24.08.2026
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
Donald Tramp: “İran tamamilə çökür”
17:38 24.08.2026
Donald Tramp: “İran tamamilə çökür”
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
17:30 24.08.2026
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
17:24 24.08.2026
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
17:19 24.08.2026
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
17:16 24.08.2026
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
17:15 24.08.2026
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
17:09 24.08.2026
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
17:03 24.08.2026
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq