Türkiyə səfiri: "Qardaş yumruğu" birgə təlimi kifayət qədər uğurlu oldu"

Türkiyə səfiri: "Qardaş yumruğu" birgə təlimi kifayət qədər uğurlu oldu"
SİYASƏT
11:50 12.12.2022
208
"Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimi kifayət qədər uğurlu oldu".

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyədəki hərbi təlimlərin oxşarı Azərbaycanda da baş tutdu: "Bu, 2020-ci il üçün nəzərdə tutulmuş son hərbi təlim idi. Dörd ərazidə həyata keçirildi və kifayət qədər uğurlu oldu".

C.Bağçı həmçinin bildirib ki, Türkiyə-Azərbaycan əlaqələrinin əsası Şuşa Bəyannaməsidir: "Şuşa Bəyannaməsi tərəflər arasında əlaqələrin bütün sahələrdə dərinləşdirilməsini nəzərdə tutur".
 
///Report
 

OXŞAR XƏBƏRLƏR