Türkiyə səfirliyində Can Bonomoya sürpriz hazırlanıb

Türkiyə səfirliyində Can Bonomoya sürpriz hazırlanıb
MƏDƏNİYYƏT
17:30 16.05.2012
2197

Türkiyənin "Eurovision 2012" təmsilçisi Can Bonomo müsabiqədə qalib gəlsə, Azərbaycan bayrağını ucaldacaq.

Yəhudi əsilli türkiyəli gənc bu gün keçirdiyi mətbuat konfransında belə deyib. Can Bonomo Azərbaycana qələbə qazandıran "Eurovision 2011"nin qalibi Nigarın jestinə cavab olaraq qalib olacağı təqdirdə, səhnədə Türkiyə bayrağı ilə birlikdə Azərbaycan bayrağını da qaldıracaq.

Can Bonomo onunla birlikdə Bakıya gələn xanım menecerinin sevgilisi olmadığını açıqladı: "İndi elə zamanədir ki, yanında kişi də görəndə söz çıxarırlar, qadın da. Bu xanım sadəcə mənim menecerimdir".
OXŞAR XƏBƏRLƏR