Türkiyə səhəri zəlzələ ilə açdı

Türkiyə səhəri zəlzələ ilə açdı
DÜNYA
09:16 22.09.2025
319
Egey dənizində 4.8 bal gücündə zəlzələ baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə AFAD (Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi) məlumat yayıb.

Zəlzələ təxminən 9 kilometr dərinlikdə baş verib.

Saat 04:19-da baş verən zəlzələ nəticəsində dağıntı qeydə alınmayıb.

Qeyd edək ki, dünən axşam saatlarında Balıkəsir bölgəsində 4.9 bal gücündə zəlzələ baş verib. Zəlzələ İstanbul, Bursa və İzmirdə də hiss olunub.
OXŞAR XƏBƏRLƏR