Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizə rəsmi səfərə gələcək

SİYASƏT
18:15 31.03.2014
1070
Aprelin 1-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Necdət Özəl Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
AZXEBER.COM-un Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.
Türkiyə Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Necdət Özəlin rəsmi səfəri aprelin 4-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR