Türkiyə Silahlı Qüvvələrinin bir sıra ərazilərdəki mandatı uzadılır

Türkiyə Silahlı Qüvvələrinin bir sıra ərazilərdəki mandatı uzadılır
DÜNYA
19:10 15.01.2024
154
Türkiyə Silahlı Qüvvələrinin Ədən körfəzi, Somali sahilləri, Ərəb dənizi və bitişik ərazilərdə qalma müddəti daha 1 il müddətinə uzadılır.

Bu barədə qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilib.

Sənəddə Türkiyə Silahlı Qüvvələrinin sözügedən ərazilərdəki mandatının 2024-cü il fevralın 10-dan etibarən daha 1 il uzadılması nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 2009-cu ildən BMT-nin sülhməramlı missiyası çərçivəsində həmin bölgələrdə xidmət edir. Onların mandatı indiyə qədər 13 dəfə uzadılıb.
 

OXŞAR XƏBƏRLƏR