Türkiyə Super Liqası: “Qalatasaray” səfərdə qələbə qazanıb

Türkiyə Super Liqası: “Qalatasaray” səfərdə qələbə qazanıb
İDMAN
19:20 17.10.2026
209
Türkiyə Super Liqasında VIII turun oyunları davam edir.

Lider "Qalatasaray” səfərdə "Gənclərbirliyi” ilə qarşılaşıb.

Gərgin keçən görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. İstanbul təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edib.

Günün digər matçında "Amed” doğma meydanda "Konyaspor”u qəbul edib. Meydan sahibləri rəqibini 2:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, "Qalatasaray” 19 xalla turnir cədvəlinə başçılıq edir. Ondan 2 xal geri qalan "Amed” ikinci, 15 xalı olan "Beşiktaş” isə üçüncü pillədə qərarlaşıb.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR