Türkiyə Superkuboku: "Qalatasaray" - "Beşiktaş" matçını idarə edəcək hakim bəlli olub

İDMAN
18:58 01.08.2024
168
"Qalatasaray" və "Beşiktaş" komandaları arasında keçiriləcək Türkiyə Superkuboku matçını idarə edəcək hakim müəyyənləşib.

Qarşılaşma Atilla Karaoğlana tapşırılıb.

Avqustun 3-də İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Qeyd edək ki, "Qalatasaray" ötən mövsüm Türkiyə Superliqasının qalibi olub. "Beşiktaş" isə ölkə kubokuna sahib çıxıb.
 

OXŞAR XƏBƏRLƏR